IMG-LOGO

Stressi azaltmaq və yuxunu yaxşılaşdırmaq üçün duş qəbul edin

06 Feb 2026 09:27 3 baxış
IMG
0 0

“Qaranlıq” duş zəif işıqlandırmada qəbul edilir.. Mütəxəssislərin fikrincə, bu üsul stress və narahatlıq səviyyəsini azalda, dərin rahatlama hissi yarada bilər. Lakin bəzi insanlar üçün bu cür duş tövsiyə edilmir.

Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.

“Qaranlıq” duş nədir?

“Qaranlıq” duş parlaq işıq altında deyil, zəif və ya minimum işıqlandırma ilə duş qəbul etməkdir. Səhər duşundan fərqli olaraq, qaranlıq duş sinir sistemi üçün sakitləşdirici bir ritual hesab olunur.

İşığın azaldılması və ya söndürülməsi bədəndə “sensor kapsul” effekti yaradır və orqanizmə rahatlama siqnalı verir. Parlaq işığın olmaması stres reaksiyasını zəiflədir və bədənin gün rejimindən gecə rejiminə keçməsini - sirkadiyal ritmi  dəstəkləyir. Bu, sanki günün ağırlığını təkcə bədəndən deyil, düşüncələrdən və hisslərdən də yuyub aparan keçid anına çevrilir.

Bu effekti sınamaq üçün vanna otağında işığı təhlükəsiz istifadə mümkün olacaq qədər zəiflətmək kifayətdir.

Əsas üstünlükləri

Stresi azaldır. Zəif işıq vizual stimulları minimuma endirir və sinir sisteminin sakitləşməsinə kömək edir. Bir çox insan bunu gərgin günün ardından düşüncələri sakitləşdirən üsul kimi qiymətləndirir.

Yuxunu yaxşılaşdırır. Yatmazdan təxminən 90 dəqiqə əvvəl qəbul edilən isti duş bədən temperaturunun əvvəlcə yüksəlməsinə, sonra isə enməsinə səbəb olur ki, bu da melatonin hormonunun ifrazını stimullaşdırır.

Əhval-ruhiyyəni yaxşılaşdırır. Qaranlıq duş gərgin və mənfi əhvalı daha sakit psixoloji vəziyyətlə əvəz edə bilər. Hətta qısa müddətli duş belə müsbət təsir göstərə bilər.

Şüurluluğu artırır. İşıq az olduqda diqqət daha az yayındırılır. İnsan suyun səsini, dəridəki hissləri və nəfəsin ritmini daha aydın duyur. Bu isə meditasiyaya bənzər vəziyyət yaradır.

Kimlər üçün tövsiyə edilmir?

Mütəxəssislər aşağıdakı şəxslərə ehtiyatlı olmağı tövsiyə edirlər:

Ürək-damar problemləri olanlar - temperaturun qəfil dəyişməsi və ya qaranlıq stress yarada, ürək döyüntüsünü sürətləndirə və ya hipertonik tutma riskini artıra bilər

Epilepsiya və digər nevroloji pozuntuları olanlar - zəif işıq və gözlənilməz işıq dəyişiklikləri tutmaları tətikləyə bilər

Uşaqlar və yaşlılar - qaranlıqda sürüşmə və ya yıxılma riski yüksəkdir

Anksiyete və panik pozuntuları olanlar - qaranlıq panika, qorxu və dezorientasiya yarada bilər

Mütəxəssislər bildirirlər ki, qaranlıq duş faydalı rahatlama üsulu ola bilər, lakin onu tətbiq etməzdən əvvəl fərdi sağlamlıq vəziyyəti mütləq nəzərə alınmalıdır.

duş

Xəbər lenti