IMG-LOGO

CNN: Tramp vağzala və hava limanına öz adının verilməsini istəyir

06 Feb 2026 08:24 2 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkdakı "Penn station" və Vaşinqton yaxınlığındakı Dalles Beynəlxalq Hava Limanının onun şərəfinə adlandırılacağı təqdirdə Hudson çayının altında yeni tunelin tikintisi üçün vəsait ayıracağına söz verib.

"Report"un məlumatına görə, bu barədə CNN xəbər yayıb.

Məlumata görə, ABŞ Prezidenti bu təklifi ötən ay demokratların Senatdakı lideri Çak Şumer (Nyu-York ştatından senator) ilə müzakirə edib. Tramp vağzal və hava limanının adının dəyişdirilməsi müqabilində, Hudson çayının altından keçən, tunel vasitəsilə Nyu-York və Nyu-Cersi ştatlarını birləşdirməsi planlaşdırılan nəhəng "Gateway" infrastruktur layihəsi üçün təxminən 16 milyard dollar vəsaiti ayıracağına söz verib. Lakin Şumer Trampa belə qeyri-adi tələbi yerinə yetirmək səlahiyyətinin olmadığını bildirib.

Xəbər lenti