Masazırda 33 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.
"Report" xəbər verir ki, 1993-cü il təvəllüdlü Ramazanov Hüseyn Yasən oğlu kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, H.Z. Tağıyev küçəsi ev 3 ünvanında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.