IMG-LOGO

ABŞ-nin İrandakı səfirliyi amerikalıları dərhal ölkəni tərk etməyə çağırıb

06 Feb 2026 07:25 2 baxış
IMG

ABŞ-nin İrandakı virtual səfirliyi Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.

"Report"un məlumatına görə, bu barədə diplomatik missiyanın saytında bildirilib.

"Zəruri tədbirlər: Dərhal İranı tərk edin. ABŞ hökumətinin köməyindən asılı olmayan bir çıxış planı hazırlayın", - xəbərdarlıqda deyilir.

Qeyd olunur ki, ikili ABŞ və İran vətəndaşlığı olan şəxslər İran sənədlərindən istifadə edərək, ölkəni tərk etməlidirlər. Diplomatlar həmçinin ölkədəki amerikalılara nümayişlərdə iştirak etməməyi, diqqətdən kənarda qalmağı və ətraflarındakılara diqqətli olmağı tövsiyə ediblər.

Xəbər lenti