IMG-LOGO

Mask: ABŞ innovasiya olmadan Çini yüksək texnologiyalarda keçə bilməz

06 Feb 2026 06:06 2 baxış
IMG

ABŞ böyük irəliləyiş əldə etməsə, Çin yüksək texnologiya sənayesinə lider olacaq.

"Report"un xarici mediaya məlumatına görə, bunu sahibkar İlon Mask deyib.

Milyarderdən ABŞ-nin yaxın bir neçə ildə möcüzə göstərməsə, Vaşinqtonun süni intellekt, elektrombillərin istehsalı və humanoid robotlarda "Çinin dominantlığını" gözləyib-gözləmədiyi soruşulub. "ABŞ-də irəliləyişli innovasiya olmadan Çin tamamilə dominantlıq edəcək",- Mask cavab verib.

"Biz əlbəttə yalnız insan resursları ilə qalib gələ bilmərik; Çinin əhalisi bizim əhalimizdən dörd dəfə çoxdur", - sahibkar ABŞ-nin uzun müddətdir aşağı doğum nisbətinə malik olmasından təəssüflənərək qeyd edib. "Amma məsələ təkcə əhalinin bizdən dörd dəfə çox olmasında deyil; (Çində-red) İnsanlar daha böyük həcmdə işi həyata keçirirlər. Çində adambaşına düşən məhsuldarlıq nisbəti daha yüksəkdir", - Mask əlavə edib.

O, həmçinin Pekinin nadir yeraltı metallarının hasilatı sahəsində aparıcı mövqeyinə diqqət çəkib.

Xəbər lenti