Marko Rubio ABŞ-nin Milli Arxivinin icraçı rəhbəri vəzifəsindəki səlahiyyətlərini təhvil verib.
"Report"un məlumatına görə, bu barədə ABŞ-nin aidiyyəti qurumlarından jurnalistlərə bildirilib. və Qeyd olunur ki, Rubio artıq ABŞ Milli Arxivinin rəhbəri vəzifəsini icra etmir, bu, federal vakant vəzifələr üzrə islahat qanununun tələblərinə uyğun olaraq belədir.
1998-ci ilin qanunvericiliyi, Senatın təsdiqini tələb edən rəsmi təyinatlar üçün icraçı vəzifədə (və ya "müvəqqəti icraçı") qalma müddətini 210 günlə məhdudlaşdırır, bu müddət 300 günədək uzadıla bilər.
ABŞ Milli Arxivinin müvəqqəti icraçı müdiri səlahiyyətləri əvvəlcə qurumun rəhbərinin baş müşaviri vəzifəsində çalışmış Ceyms Bayrona verilib.
Rubio ABŞ Prezidenti Donald Trampın ikinci administrasiyasında dövlət katibi və milli təhlükəsizlik müşaviri vəzifələrində çalışır. Onun bir neçə vəzifəsinin birləşməsi Amerikanın sosial şəbəkələrində çoxsaylı zarafatların mövzusuna çevrilib.