ABŞ-nin Rusiyaya qarşı əlavə sanksiyalarının tətbiq edilməsi qərarı Rusiya-Ukrayna müharibəsinin həlli üçün danışıqların gedişatından asılıdır.
"Report"un "The Independent"ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
"Görək, sülh danışıqları necə gedəcək", - o, bu məsələ ilə bağlı suala cavab olaraq deyib.
Bessent həmçinin qeyd edib ki, ABŞ-nin Rusiyanın neft şirkətlərinə qarşı hazırkı sanksiyaları Moskvanı danışıqlara sövq edib.