IMG-LOGO

Kerolayn Livitt: Trampın İrana yanaşması yalnız diplomatik olmaya bilər

06 Feb 2026 04:36 3 baxış
IMG

Prezident Donald Trampın ABŞ Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi İranla münasibətlər üçün diplomatiyadan başqa ayrı variantları da var.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün brifinqdə bildirib.

O, Prezidentin İranın sıfır nüvə potensialı barədə tələblərini açıq şəkildə ifadə etdiyini və bu məqsədlə razılığa gəlmək imkanlarını qiymətləndirmək niyyətində olduğunu bildirib. Livitt vurğulayıb ki, danışıqlar davam edərkən, İran rejimi Prezidentin dünya tarixinin ən güclü silahlı qüvvələrindən birinə rəhbərlik etdiyi üçün bir çox variantının olduğunu unutmamalıdır.

ABŞ və İranın cümə günü Omanda Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparması gözlənilir. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə Prezidentin xüsusi elçisi Stiven Uitkoff rəhbərlik edəcək.

Xəbər lenti