2026-cı ilin yanvar ayında ABŞ şirkətlərində 108 mindən çox əməkdaş işdən çıxarılıb ki, göstəricilər 2009-cu ildən bəri ən yüksək səviyyəyə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "Challenger", "Gra, and Christmas Inc." məşğulluq firmasının hesabatına istinadən məlumat yayıb.
"Bu (işdən çıxarılma) planlarının əksəriyyəti 2025-ci ilin sonuna qədər hazırlanıb. Bu, işəgötürənlərin 2026-cı il üçün perspektivə həddindən artıq nikbin yanaşmadığını göstərir", "Challenger", "Gray and Christmas Inc" şirkətinin gəlir direktoru Endi Çallencer agentliyə bildirib.
Qeyd olunur ki, rəqəmlər ötən ilin yanvarından bəri 118 % artıb. Hesabata görə, kütləvi işdən çıxarılmalara milli iqtisadi vəziyyət, şirkətlərin müqavilələrdəki itkiləri və ABŞ-nin əsas korporasiyalarının yenidən qurulması səbəb olur.