IMG-LOGO

İtaliyada XXV Qış Olimpiya Oyunlarına start veriləcək

06 Feb 2026 02:57 4 baxış
IMG

İtaliyada bu gün XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, yarışlar Milan və Kortina d Ampezzo şəhərlərində təşkil olunacaq.

İlk Olimpiya tədbirləri 4 fevralda qarışıq cütlüklərin kerlinq turniri ilə başlayıb. Qadınların xokkey turniri 5 fevralda start götürüb. Açılış mərasimi fevralın 6-da Milandakı "San-Siro" stadionunda keçiriləcək və yerli vaxtla saat 20:26-da başlayacaq.

İtaliyada 16 idman növü üzrə 116 medal uğrunda mübarizə baş tutacaq ki, bu da əvvəlki Olimpiada, 2022-ci il Pekin Oyunlarından yeddi medal çoxdur. Skeleton növü üzrə qarışıq komanda yarışları, sərbəst xizəksürmə üzrə kişilər və qadınlar arasında "moğul" yarışları və digər növlər əlavə edilib, lakin dağ xizəyi üzrə qarışıq komanda yarışları keçirilməyəcək. Xizək alpinizmi Olimpiya proqramında kişilər və qadınlar sprintləri, eləcə də komanda yarışlarını əhatə edən yeni yarışdır.

Xəbər lenti