İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikasının nüvə proqramı ilə bağlı böhranın həlli ilə bağlı ABŞ ilə məsləhətləşmələrdən əvvəl Oman tərəfi ilə danışıqlar aparıb.
"Report" xəbər verir ki, bu barədə İranın Dövlət Televiziyası məlumat yayıb.
Əraqçini səfərdə xarici işlər nazirinin müavinləri Məcid Taxt-Ravançi və Həmid Qənbəri, eləcə də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi müşayiət edir.
ABŞ və İranın cümə günü Omanda Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparacağı gözlənilir. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff rəhbərlik edəcək.