İsrailin Baş naziri Binyamin Netanyahu Misirin artan hərbi gücündən narahatlığını bildirib.
"Report"un "Maariv" portalına istinadən verdiyi məlumata görə, o, bu açıqlamanı İsrail parlamentinin Xarici İşlər və Müdafiə Komitəsinin qapalı iclasında verib.
Netanyahunun sözlərinə görə, İsrail və Misir arasında diplomatik münasibətlər və ortaq maraqlar var, lakin Misir ordusu hazırda fəal şəkildə gücləndirilir. Baş nazir qonşu dövlətin hərbi potensialını həddindən artıq gücləndirməsinin qarşısını almaq üçün hadisələri yaxından izləməyin vacibliyini vurğulayıb.