Azərbaycan Basketbol Liqasında XVI turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün yeganə matçında "Quba" "Sərhədçi" ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında baş tutan B qrupunun görüşündə "Quba" 97:89 hesablı qələbə qazanıb.
Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "Lənkəran"ı məğlub edib - 102:77.