IMG-LOGO

Çin İranın nüvə hüquqlarını müdafiə edir

05 Feb 2026 22:34 2 baxış
IMG

Çin İranın dinc məqsədlə həyata keçirilən nüvə proqramı hüququnu dəstəkləyir.

"Report" xəbər verir ki, bu barədə "Mehrnews" məlumat yayıb.

Bildirilib ki, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi Pekinə səfər edib və Çinin xarici işlər nazirinin köməkçisi Lyu Bin ilə görüşüb.

Çin tərəfi İranın nüvə probleminin siyasi və diplomatik həllinin zəruriliyini vurğulayıb.

Qaribabadi Çinin İran nüvə problemi ilə bağlı qərəzsiz və ədalətli mövqeyini yüksək qiymətləndirib.

Xəbər lenti