IMG-LOGO

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura start verilib

05 Feb 2026 20:05 5 baxış
IMG

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura start verilib.

"Report" xəbər verir ki, turun ilk oyun günündə üç görüş baş tutub.

Əvvəlcə "Azərreyl" "UNEC" kollektivini 3:1 (21:25, 25:17, 25:15, 25:19) hesabı ilə üstələyib. Ardınca "Turan" "Gəncə"ni 3:1 (24:26, 25:23, 25:12, 25:23), "Milli Aviasiya Akademiyası" isə "Abşeron"u 3:1 (25:15, 20:25, 25:15, 25:10) hesabı ilə məğlub edib.

"Turan" - "Gəncə" matçı Tovuz Olimpiya İdman Kompleksində, digər iki qarşılaşma isə Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilib.

Xəbər lenti