ATƏT-in Baş katibi Feridun Sinirlioğlu və İsveçrənin vitse-prezidenti İnyatsio Kassis Moskvaya gediblər.
"Report" xəbər verir ki, bu barədə Kassis "X" sosial şəbəkəsində məlumat yayıb.
"Ukraynaya səfərimizdən sonra bu gün Feridun Sinirlioğlu ilə Moskvaya getdim. Dialoq bütün tərəflərlə qarşılıqlı əlaqə tələb edir. Bu yolla ATƏT dialoq platforması kimi rolunu və beynəlxalq hüquqa, eləcə də Helsinki prinsiplərinə uyğun olaraq ədalətli və davamlı sülhə nail olunması istiqamətindəki səyləri dəstəkləməyə hazır olduğunu təsdiqləyir", - təşkilat rəhbəri yazıb.
Qeyd edək ki, daha əvvəl Kassis və Sinirlioğlu Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqlar aparmaq üçün Kiyevə səfər ediblər.