İsrailin Baş naziri Benyamin Netanyahu Omanda planlaşdırılan ABŞ-İran danışıqları ərəfəsində, bu gün Təhlükəsizlik Şurasının (TŞ) iclasını keçirəcək.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
İsrail iclası bazar gününə planlaşdırsa da, Netanyahu ABŞ-nin yüksək rütbəli nümayəndələri və İranın xarici işlər naziri Abbas Əraqçi arasında gözlənilən danışıqların mümkün nəticələrini müzakirə etmək üçün TŞ-nin üzvlərini bu gün bir araya gətirəcək.
Qeyd edək ki, ABŞ və İran fevralın 6-da Omanda İranın nüvə proqramı üzrə danışıqlar aparmağı planlaşdırır. Daha əvvəl bildirilirdi ki, Tehran danışıqların ikitərəfli formatda keçirilməsi və məkanın İstanbuldan Omana dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib və Donald Tramp administrasiyası bununla razılaşıb.