IMG-LOGO

Tramp özünü cənnətə layiq sayır

05 Feb 2026 18:47 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp ölümdən sonra cənnətə düşməyə layiq olduğunu hesab edir.

"Report" xəbər verir ki, bu barədə ABŞ lideri Vaşinqtonda səhər yeməyində çıxış edərkən deyib.

Çıxışının əvvəlində Tramp cənnətə düşə bilməyəcəyi barədə zarafat edib və jurnalistlər bunu ciddi qəbul ediblər.

"Mən sadəcə zarafat edirdim. Əslində düşünürəm ki, sonda cənnətə düşəcəyəm", - o qeyd edib.

"Mən ideal namizəd deyiləm, amma insanlar üçün həddindən artıq yaxşılıqlar etmişəm. Bu dəqiqdir", - Tramp bildirib.

Xəbər lenti