IMG-LOGO

Zelenski: Polşa ilə dron və digər silahların birgə istehsalına hazırlaşırıq

05 Feb 2026 17:35 2 baxış
IMG

Ukrayna və Polşa dron və digər silahların birgə istehsalına hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald Tuskla söhbətin yekunları üzrə teleqram kanalında yazıb.

"Mən ölkəmizdəki enerji sektorundakı vəziyyət və bərpa məsələləri barədə məlumat verdim. Bu sahədə əməkdaşlığı müzakirə etdik və ölkələrimizi gücləndirə biləcək istiqamətlər var. Xüsusilə, bu, Ukrayna və Polşada enerji şəbəkələrinin inkişafına aiddir", - o yazıb.

Zelenski əlavə edib ki, söhbətin ayrıca hissəsi birgə təhlükəsizlik proqramları olub. Ukrayna onun ABŞ silahlarını almağa imkan verən PURL proqramında Polşanın iştirakını davam etdirəcəyinə ümid edir.

"Həmçinin, Ukraynanın SAFE proqramının tamhüquqlu iştirakçısı olacağını gözləyirik. Dron və digər silahların birgə istehsalına hazırlaşırıq", - o qeyd edib.

Prezident əlavə edib ki, tərəflər müharibənin başa çatdırılması üçün davam edən diplomatik səyləri də müzakirə ediblər.

"Mən Ukrayna danışıqlar komandasının fəaliyyəti haqqında məlumat verdim. Rusiyaya təzyiqin davam etdirilməsinin vacibliyini xüsusi vurğuladıq. Biz bu müharibəni real şəkildə - Ukrayna və bütün regionumuz üçün etibarlı təhlükəsizlik zəmanətləri ilə bitirməliyik. Və ən əsası, Rusiyaya heç bir güzəşt edilməməlidir", - Zelenski vurğulayıb.

Xəbər lenti