IMG-LOGO

Ukraynada hakim partiyanın sədri: Öz ərazilərimizi Rusiyaya güzəştə gedə bilmərik

05 Feb 2026 15:31 2 baxış
IMG

Ukrayna öz ərazilərini Rusiyaya güzəştə gedə bilməz və getməyəcək.

Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Ukraynanın hakim "Xalqın xidmətçisi" partiyasının sədri, Ali Radanın birinci vitse-spikeri Oleksandr Korniyenko deyib.

O qeyd edib ki, bu, həmçinin də Zaporojye atom stansiyasına da aiddir:

"Zaporojye atom stansiyası mühüm strateji obyektdir. Eyni zamanda bizdə indi çox enerji sahəsi, çox generasiya gücləri məhv edilib. İqtisadiyyatımızın bərpası üçün bu atom stansiyası vacibdir. Rusiya Prezidenti ABŞ Prezidenti Trampın martda təklif etdiyi kimi, təmas xətti üzrə dayanmağa dair heç bir xoş niyyət göstərmir".

O.Korniyenko vurğulayıb ki, Ukraynada müəyyən edilmiş strateji istiqamətlər var və danışıqlarda iştirak edən qrupun həyata keçirdiyi vahid mövqe var:

"Danışıqlar əlbəttə, mürəkkəb məsələdir. Rusiya Federasiyasının şərtləri ilə müharibənin başa çatması nöqteyi-nəzərindən sadə deyil. Biz təhlükəsizlik təminatları almağa, onları dəstəkləməyə, öhdəliklərimizi tanımağa hazırıq".

Hakim partiyanın sədri deyib ki, təhlükəsizlik təminatçıları olmadan sülh müqaviləsinin imzalanması Rusiyaya təslim olmaq sayılacaq:

"Çünki təhlükəsizlik təminatçıları olmadan Ukrayna uğursuz dövlət olacaq və bu, Rusiya Federasiyasının daha böyük qələbəsi olacaq. Ona görə də burada bütün müttəfiqlər koalisiyası ilə birlikdə, Birləşmiş Ştatların da Rusiyaya düzgün təzyiq göstərmələri çox vacibdir. Biz hərbi müqaviməti davam etdirəcəyik. Avropa iqtisadi cəhətdən təzyiq göstərməli, bizi dəstəkləməli və Rusiyanı bu sülhün ədalətli şərtlərinə razılaşacağı şərtlərə gətirməlidir".

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Xəbər lenti