IMG-LOGO

Avropa Komissiyası sualtı kabellərin təhlükəsizliyinə 347 milyon avro ayırır

05 Feb 2026 15:49 3 baxış
IMG

Avropa Komissiyası (AK) qitələrarası internet trafikinin keçdiyi sualtı kabellərin qorunması üzrə strateji layihələrə 347 milyon avro ayırdığını elan edib.

"Report" xəbər verir ki, bu barədə AK-nin mətbuat xidməti məlumat yayıb.

Komissiya kabellərin təhlükəsizliyini təmin etmək üçün risklərin azaldılmasına yönəlmiş yeni tədbirləri və Avropa maraq dairəsinə daxil olan kabel layihələrinin siyahısını təqdim edib. Bundan əlavə, "Connecting Europe Facility" (CEF) Fondunun rəqəmsal iş proqramına düzəlişlər edilib, bu da strateji layihələrin ümumi məbləği 347 milyon avro dəyərində maliyyələşdirilməsini, o cümlədən sualtı kabellərin təmiri imkanlarının artırılması üçün 20 milyon avro dəyərində ayrıca müsabiqəni nəzərdə tutur.

Xəbər lenti