IMG-LOGO

Simonyan: İrəvan Avrasiya İqtisadi İttifaqından çıxmağı zəruri hesab etmir

05 Feb 2026 14:33 2 baxış
IMG

Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı zəruri hesab etmir.

"Report" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar zamanı bəyan edib.

Öz növbəsində, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya vaxtaşırı Ermənistana qarşı "şimaldan mifik hücumlar" barədə qəribə fikirlər eşidir.

"Şimaldan Ermənistana qarşı hansısa mifik hücumların hazırlanması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərəfindən təhlükənin olması barədə vaxtaşırı səsləndirilən fikirləri eşitmək bizə bir az qəribə gəlir", - o bildirib.

Lavrovun sözlərinə görə, Rusiya və Ermənistanın sovet dövründəki ümumi tarixini, o cümlədən Böyük Vətən müharibəsini şübhə altına almaq cəhdləri də bu qəbildəndir.

Lavrov qeyd edib ki, Rusiya Ermənistanın əsas ticari-iqtisadi tərəfdaşı olaraq qalır və Moskva bu əməkdaşlığı genişləndirmək niyyətindədir.

"Moskva sizin üçün əsas ticari-iqtisadi tərəfdaş olaraq qalır, bu mövqeyimizə məsuliyyətlə yanaşırıq, əməkdaşlığı genişləndirmək, iri infrastruktur layihələri irəli sürmək istəyirik", - o bəyan edib.

Xəbər yenilənir

Xəbər lenti