Rusiya xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Avropa İttifaqı (Aİ) postsovet ölkələrini daim "ya bizimlə, ya da onlarla" seçimi qarşısında qoyur.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Moskvada Ermənistan parlamentinin sədri Alen Simonyanla danışıqlarda bildirib.
"Aİ-dən olan həmkarlara gəlincə, onlar müvafiq ölkəni daim seçim qarşısında qoyurlar: "Ya bizimlə, ya da onlarla". Bu, onların 20 ildən artıqdır ki, postsovet ölkələrinə məntiqi yanaşmasıdır", - Rusiya XİN rəhbəri deyib.
"Çox ümid edirəm ki, Ermənistanda bunun arxasında nəyin dayandığını gözəl başa düşürlər", - o əlavə edib.