İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda dövlətə məxsus "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) balansında olan daşınmaz əmlak start qiymətindən təxminən 85 % baha satılıb.
"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, fevralın 4-də baş tutmuş hərraca Bakının Sabunçu rayonunun Bakixanov qəsəbəsində yerləşən qeyri-yaşayış binası çıxarılıb. Torpaq sahəsi 0,9279 hektar, ümumi sahəsi isə 9 201,9 kvadratmetr olan tikiliyə ilkin olaraq 3,6 milyon manat qiymət müəyyən edilsə də, onu yekunda 6,65 milyon manata realizə etmək mümkün olub.