IMG-LOGO

Milyonların aşiq olduğu “BLACKPINK”in Lisası qar içində yarıçılpaq -FOTOLENT

05 Feb 2026 11:40 4 baxış
IMG
2 0

Məşhur K-pop qrupu BLACKPINK-in üzvü Lisa qarın içində cəsarətli və diqqət çəkən fotossesiya edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onun bu fotoları xəbər portallarında və sosial mediyada “bomba” effekti yaradıb.

Lisa pop karyerası, moda kampaniyaları və böyük markalarla əməkdaşlıqlarına görə, demək olar ki, heç vaxt gündəmdən düşmür.

Lisa kimdir?

Lisa (tam adı Lalisa Manobal) 27 mart 1997-ci ildə Tailandda anadan olub. O, dünyaca məşhur BLACKPINK qrupunun üzvü, əsas rəqqası, repçisi və vokalistidir. Lisa Cənubi Koreyada böyük K-pop şirkəti YG Entertainment tərəfindən seçilən ilk xarici (koreyalı olmayan) qadın sənətçidir.

Lisa Asiya mənşəli olmasına baxmayaraq qlobal pop mədəniyyətini formalaşdıran fiqurdur

Rəqs, musiqi və modanı eyni anda daşıyan nadir sənətçilərdəndir. Gənclər üçün həm sənət, həm də stil ikonu hesab edilir.

 

Lisa Lalisa Manobal BLACKPINK K-pop ulduzu dünya pop musiqisi solo karyera LALISA albomu Asiya pop mədəniyyəti məşhur müğənni rəqqasə moda ikonu qlobal ulduz Instagram fenomeni şou-biznes xəbərləri beynəlxalq maqazin səhnə performansı Celine Bulgari MAC Cosmetics

Xəbər lenti