IMG-LOGO

Geriyə dönmək üçün svetaforun işığını dəyişdi - Bakıda kuryoz GÖRÜNTÜLƏR

05 Feb 2026 12:03 3 baxış
IMG
0 0

Bakıda sürücünün qeyri-adi qayda pozuntusu görənləri təəccübləndirib.

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Cəfər Xəndan ilə Əlişir Nəvai küçəsinin kəsişməsində qeydə alınıb.

Minik avtomobilinin sürücüsü yolayrıcında qoşa xətti tapdalayaraq, geriyə dönmək istəyib. Bunun üçün o, daha bir böyük və gözlənilməz pozuntuya əl atıb. Belə ki, o, avtomobildən düşərək, piyada keçidində quraşdırılan və yalnız piyadaların istifadəsi üçün nəzərdə tutulan işıqforun düyməsini basaraq qırmızı işığı yandırıb. Bununla da düzünə hərəkət edən nəqliyyat vasitələri qırmızı işıqda dayanıblar. Qəribə addım atan bu sürücü isə "arzuladığı" pozuntunu həyata keçirib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hazırda görüntülərlə bağlı araşdırma aparılır və həmin sürücü müəyyən edilərək, barəsində tədbir görüləcək.

Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr

Xəbər lenti