IMG-LOGO

Həndbol üzrə yeniyetmə oğlanlar arasında Lənkəran birinciliyinə start verilib

05 Feb 2026 11:35 3 baxış
IMG

Lənkəran Olimpiya İdman Kompleksində həndbol üzrə 2012-2013-cü il təvəllüdlü yeniyetmə oğlanlar arasında rayon birinciliyinə start verilib.

Bu barədə "Report"a Azərbaycan Həndbol Federasiyasından (AHF) məlumat verilib.

AHF-nin dəstəyi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə Lənkəranın ümumtəhsil məktəblərini təmsil edən 16 komanda mübarizə aparır.

İki gün davam edəcək yarışın qaliblərinə kubok və diplomlar təqdim olunacaq.

Xəbər lenti