IMG-LOGO

Qış Olimpiya Oyunları: Kanadalı snoubordçu məşq zamanı ağır zədə alıb

05 Feb 2026 11:41 3 baxış
IMG

Kanadalı snoubordçu, üçqat olimpiya mükafatçısı Mark Makmorris İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında məşq zamanı ağır zədə alıb.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı idmançı yıxıldıqdan sonra helikopterlə xəstəxanaya çatdırılıb.

Hadisə idmançının "biq-eyr" növü üzrə yarışlara hazırlıq məşqi zamanı baş verib.

Qeyd edək ki, M.Makmorris 2014, 2018 və 2022-ci il olimpiadalarının bürünc mükafatçısı, həmçinin 2021-ci ilin dünya çempionudur. İtaliyada keçirilən Qış Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.

Xəbər lenti