IMG-LOGO

Azərbaycan Dünya Bank ilə enerji tarifləri ilə bağlı məsləhətləşmələr aparıb

05 Feb 2026 12:00 3 baxış
IMG

Azərbaycan və Dünya Bank arasında ölkədə qaz təchizatı sahəsində islahatlar, eləcə də tarif mexanizmləri ətrafında məsləhətləşmələr aparılıb.

"Report" Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) istinadən xəbər verir ki, bu məsləhətləşmələr EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmaysterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.

Həmçinin Azərbaycanda metan emissiyalarının azaldılması səylərinin davam etdirilməsi, o cümlədən qaz infrastrukturunun modernləşdirilməsini dəstəkləmək üçün Dünya Bankı, eləcə də digər maliyyə qurumlarından əlavə potensial investisiya ayrılmasının perspektivləri nəzərdən keçirilib.

Xəbər lenti