IMG-LOGO

Putinin xüsusi nümayəndəsi: Ukrayna ilə danışıqlarda irəliləyiş var

05 Feb 2026 12:04 3 baxış
IMG

Moskva Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə sülh sazişi ilə bağlı irəliləyişin olduğunu bəyan edir.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib.

"Şübhəsiz ki, irəliləyiş var. Bu, yaxşı, müsbət irəliləyişdir", - K.Dmitriyev jurnalistlərin müvafiq sualını cavablandırarkən bildirib.

O, həmçinin Əbu-Dabidə iqtisadi əməkdaşlıq üzrə Rusiya-ABŞ qrupu çərçivəsində görüşlərin uğurla keçdiyini qeyd edib.

"ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə birlikdə Rusiya və ABŞ arasında iqtisadi münasibətlərin bərpası üzrə fəal iş gedir. Bu iş həm də iqtisadi əməkdaşlıq üzrə Rusiya-ABŞ qrupu çərçivəsində aparılır. Biz bu gün də görüşdük və görüşlər müsbət məcrada gedir", - o, rusiyalı jurnalistlərə bildirib.

Qeyd edək ki, dünən BƏƏ paytaxtında Ukrayna, Rusiya və ABŞ texniki qrupları arasında danışıqların növbəti raundu keçirilib. Danışıqların birinci raundu 23-24 yanvar tarixlərində Əbu-Dabidə baş tutub, ilkin olaraq fevralın 1-nə planlaşdırılan görüş isə 4-5 fevral tarixlərinə qədər təxirə salınıb.

Xəbər lenti