Beynəlxalq onlayn qastronomik bələdçi və ensiklopediya olan “TasteAtlas” 2025-2026-cı il üçün dünya ölkələrinin mətbəxinin reytqini hazırlayıb.
Lent.az xəbər verir ki, bu təşkilatın mütəxəssisləri dünyanın hər yerindən 10 000-dən çox ənənəvi yeməyi, yerli inqrediyenti və autentik restoranı kataloqlaşdırır, onların keçirdiyi sorğularda isə dünyanı aktiv şəkildə gəzən 400 mindən artıq respondent iştirak edir.
Bu və ya digər ölkənin mətbəxi 0-dan 5-ə qədər olan şkala üzrə qiymətləndirilir, daha sonra əldə edilən nəticələr əsasında orta göstərici hesablanır.
“TasteAtlas” mütəxəssisləri tərəfindən sorğuya cəlb olunan respondentlərin fikrincə, MDB məkanında ən müxtəlif, balanslı və dadlı mətbəx Rusiya mətbəxidir (reytinqdə 28-ci yer, indeks — 4,27 bal). Rusiya ictimai iaşə müəssisələrini ən çox ziyarət edənlərin yaddaşında isə xüsusilə pelmenilər, nərə balığı kürüsü, blinlər, vineqret salatı və müxtəlif növ un məmulatları qalıb.
Azərbaycan mətbəxi MDB məkanında ikinci yeri tutub (67-ci yer, indeks — 4,06 bal). Burada xarici turistlərin ən çox bəyəndiyi yeməklər ləvəngi, yarpaq dolması, qutab, lülə kabab, dovğa, narşərab sousu və şah plovdur.
Bundan sonra sorğuda iştirak edənlər Belarus mətbəxini (79-cu yer, indeks — 4,00 bal) və Ermənistan mətbəxini (87-ci yer, indeks — 3,97 bal) qeyd ediblər. Qastronomik turistlərin Belarus mətbəxindən ən çox yadda saxladıqları yeməklər maçanka, veraşçaka, koldunlar və jur, Ermənistan mətbəxində isə xorovats (ənənəvi erməni şaşlığı) və xarisadır.
Bu platformanın mütəxəssisləri tərəfindən sorğuya cəlb olunan respondentlərə görə, dünyada ən dadlı, balanslı və müxtəlif mətbəx İtaliya mətbəxidir (yekun indeks — 4,64 bal).
Mətbəx kulinariya Azərbaycan mətbəxi ləvəngi şah plov lülə kabab