NTD basketbolçusu Camel Kinq ilə yolları ayırıb.
Bu barədə "Report"a Bakı klubunun mətbuat xidmətindən bildirilib.
23 yaşlı amerikalı basketbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, C.Kinq komandaya mövsümün əvvəlində qoşulmuşdu.