IMG-LOGO

Cəlal Qasımov: Biznes qanunların icra mərhələsində yox, hazırlanmasında da iştirak etməlidir

05 Feb 2026 11:00 2 baxış
IMG

İqtisadiyyatda ciddi dəyişikliklər baş verdiyindən texnologiyalar aqressiv formada insan həyatına daxil olur.

"Report" xəbər verir ki, bunu "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımov "LEGIS" Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, belə platformaların çox olmasına ehtiyac var:

"Dövlət strukturlarında qanunları yazmaq, müzakirə etmək zaman ala bilir. Amma həyat gözləmir - sürətli şəkildə dəyişir. Qanunvericiliyin və biznesin birlikdə çalışması lazımdır. Biznes, cəmiyyət, dövlət - hamımız birlikdə çalışıb inkişaf edə bilərik. Biznes qanunların yalnız icra mərhələsində yox, hazırlanmasında iştirak etsə yaxşı olar. Biznesin qanunun təkcə oxucusu deyil, hazırlanmasında iştirakı bu sahə üzrə inkişaf etməsinə gətirib çıxaraq. Çünki bizim məqsədimiz eynidir".

Xəbər lenti