2025-ci ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmiləri və sahil obyektləri üzrə 0,78 ton kağız, 0,58 ton plastmas, 20,3 ton metal təkrar emala göndərilib.
Bu barədə "Report" ASCO-ya istinadən xəbər verir.
Məlumata əsasən, il ərzində ASCO gəmilərindən 125,8m³ plastmas, 582,2m³ qida qalığı, 613,5m³ məişət tullantısı, 47,9m³ istismar tullantısı, 198,2m³ neft qalığı-şlam, 3723,2m³ döşəməaltı lyal su, 96752,5m³ məişət təsərrüfat çirkab su təcrübəli mütəxəssislərə və sertifikasiyalı qurumlara təhvil verilərək ərazilərimizdən kənarlaşdırılıb.
Ötən il ASCO-nun sahil obyektləri üzrə 19,5 ton yanmış qəlib qumu, 1 878,4 ton abraziv, 76231 ton məişət çirkab suyu, 1550,9 ton neftli döşəməaltı-lyal su, 203 ton sürtgü yağı, 5075,7m³ məişət tullantısı, 647,2m³ qida qalığı, 220,8m³ polimer əsaslı və plastmas tullantı, 143,3m³ yağlı və neftli tullantı, 111,3m³ rezin tullantı, 204,6m³ istismar tullantısı, 0,13m³ tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.