IMG-LOGO

Aİ və Hindistan təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişi imzalayacaq

26 Jan 2026 12:41 4 baxış
IMG

Avropa İttifaqı və Hindistan yanvarın 27-də Nyu-Delhidə keçiriləcək 16-cı sammitdə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişi imzalayacaq.

"Report" xəbər verir ki, bu barədə Nyu-Delhidə səfərdə olan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabında yazıb.

Onun sözlərinə görə, Aİ və Hindistan arasında əməkdaşlığın intensivləşdirilməsi tendensiyası müşahidə olunur və tərəflər bundan fəal şəkildə istifadə etmək niyyətindədir.

"Sabahkı sammitdə Aİ ilə Hindistan arasında təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişini imzalamaqla münasibətlərimizi inkişaf etdirməyə davam edəcəyik. Bu, dəniz təhlükəsizliyi, kibertəhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə konkret nəticələr əldə etməyə imkan verəcək", - o yazıb.

Xəbər lenti