Yaponiyanın Şizuoka prefekturasının Yaizu şəhərində yaşayan 72 yaşlı Cənubi Koreya vətəndaşı viza müddətini 26 ildən artıq pozduğu üçün saxlanılıb.
Lent.az xəbər verir ki, Şizuoka Polis İdarəsindən verilən açıqlamaya görə, şübhəli şəxs iyun ayında daxil olan məlumat əsasında başlanan araşdırmanın nəticəsində saxlanılıb.
Şübhəli şəxs 1993-cü ilin sentyabrında daha yüksək maaşlı iş tapmaq məqsədilə qardaşının pasportundan istifadə edərək 15 günlük turist vizası ilə Yaponiyaya daxil olub. Onun 1993-cü ildən etibarən ölkədə qanunsuz yaşadığı bildirilib.
Yaponiyada viza müddətini aşmaq, yenilənmiş immiqrasiya qanununun 2000-ci ilin fevralında qüvvəyə minməsinə qədər cinayət hesab edilmirdi.
Polis bu səbəbdən şübhəli şəxsi 2000-ci ilin fevralından etibarən ölkədə qanunsuz qalmaqda ittiham edərək saxlayıb.
Gündəlik işlərdə çalışdığını bildirən şübhəli şəxs ona qarşı irəli sürülən ittihamları qəbul edib.
Yaponiya viza KoreyaMənbə: lent.az