Uqandanın tərkibindəki dörd vilayətdən biri olan Toronun kralı Dördüncü Oyo Nyimba Kabamba İguru Rukidi 34 yaşında vəfat edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu barədə Toronun baş naziri Kelvin Armstronq Ruomire Akiiki məlumat verib.
Dördüncü Rukidi 1995-ci ildə taxta çıxarkən dünyanın ən gənc hakimiyyətdə olan monarxı olmuşdu. Həmin vaxt onun cəmi üç yaşı var idi. O, atasının ölümündən sonra taxt-tacı miras almışdı.
Ölümün səbəbi açıqlanmayıb. Yalnız məlumdur ki, kral bundan bir müddət əvvəl ABŞ-da müalicə alırdı.
Dördüncü Rukidi evli olmayıb, lakin ondan sonra taxta çıxacaq varisi qalıb.
Toro Uqandanın ənənəvi krallıqlarından biridir. Respublika seçilmiş prezident tərəfindən idarə olunur, ölkədə monarxiyalar əsasən simvolik xarakter daşısa da, mədəni və sosial təsirlərini qoruyub saxlayırlar.
Hadisələr dünyadan xəbərlər kral ən gənc kral Uqanda kral öldüMənbə: lent.az