Bakı İstintaq Təcridxanasında görüş zamanı məhbusa qanunsuz əşyalar gətirildiyi müəyyən olunub.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən Lent.az-a verilən xəbərə görə, həbs edilmiş şəxs üçün tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur.
Hadisələr Bakı İstintaq Təcridxanası məhbus məhkum həbsxanalarda görüş
Mənbə: lent.az