Pişiklər evə rahatlıq və istilik gətirir, amma onlar həmişə uşaqların psixikası üçün faydalıdırmı? Alimlər 7 yaşadək uşaqların inkişafını təhlil edib maraqlı nəticəyə gəliblər: bəzi hallarda adi hamster və tısbağalar uşağın emosional vəziyyətinə dəstək baxımından daha populyar ev heyvanlarından üstün ola bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar bəzi heyvanlarla ünsiyyətin depressiv əhval və hətta aqressiya ilə əlaqəli ola biləcəyini, digərləri isə əksinə, uşağın özünü inkişaf etdirməsinə, özünü daha xoşbəxt hiss etməsinə və emosiyalarını idarə etmə bacarıqlarının formalaşmasına kömək edə biləcəyi qənaətinə gəliblər.
Alimlərin diqqətini ən çox 4–5 yaşlı uşaqlarda pişik saxlanılması ilə daha çox psixi sağlamlıq problemləri arasındakı əlaqə çəkib.
4–5 yaşlı uşaq hələ qeyri-verbal siqnalları tam düzgün oxumağı bacarmaya bilər. Uşağın pişiyi zorla qucaqlamağa çalışması heyvanın fısıldamasına, cırmaqlamasına və ya qaçmasına səbəb ola bilər. Bu isə uşaqda stress və rədd edilmə hissi yarada bilər.
Pişiyin tam səssiz şəkildə otağa daxil olması və ya qaranlıqda qəfil çarpayının üzərinə tullanması narahatlığa meyilli uşağı qorxuda və yuxu problemlərinə səbəb ola bilər.
Pişiyin qəfil baxışı və ya gözlənilməz sıçrayışı isə bəzi uşaqlar tərəfindən gizli təhlükə kimi qəbul oluna bilər.
Ailədə münaqişə və ya gərgin atmosfer varsa, pişik də əsəbi ola, gizlənə və ya passiv aqressiv davranış göstərə bilər. Uşaq isə heyvanın bu narahatlığını şüuraltı şəkildə hiss edib özü də gərginlik keçirə bilər.
heyvanlar aləmi pişiklərin uşaqların psixologiyasına təsiri


Mənbə: lent.az