IMG-LOGO

"Qalatasaray" azarkeşləri rəhbərliyi istefaya çağırıb

17 Jan 2026 23:45 3 baxış
IMG

Türkiyənin "Qalatasaray" futbol klubunun azarkeşləri İdarə Heyətini istefaya çağırıblar.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, buna səbəb Super Liqanın 18-ci həftəsində "Qalatasaray"ın "Qaziantep"i qəbul etdiyi matçda hesabda geri düşməsidir.

Mohamed Bayonun qolundan sonra "Qalatasaray" Yılmazla hesabı bərabərləşdirsə də, qələbə qazana bilməyib və oyun 1:1 hesabı ilə tamamlanıb. Buna baxmayaraq, "Qalatasaray" Türkiyə çempionatında ilk pillədədir və ən yaxın izləyicisi "Fənərbağça"nı 4 xal qabaqlayır. "Fənərbağça" növbəti oyunda qələbə qazansa, xal fərqini 1-ə endirəcək.

Xəbər lenti