Avqustun 28-də Rusiyanın ən iri hava limanlarında — Şeremetyevo, Domodedovo, Vnukovo, Pulkovo və Soçidə dron hücumları ilə əlaqədar uçuş cədvəllərində genişmiqyaslı pozuntu qeydə alınıb. Yüzlərlə reys bir neçə saat gecikir, onlarla reys isə ləğv edilib.
Lent.az xəbər verir ki, gecikən reyslər arasında Rusiyadan Azərbaycana uçmalı olan təyyarələr də var.
Məlumata görə, “Azərbaycan Hava Yolları” və “S7 Airlines”in Bakıya J2 812 və S7 4145 reyslərinin uçuş vaxtı saat 21:40-dan 22:25-ə dəyişdirilib. Həmçinin "Azərbaycan Hava Yolları"nın Bakıya yerinə yetirilməli olan və ilkin olaraq saat 01:00-a planlaşdırılan J2 810 saylı reysinin vaxtı dəyişdirilərək saat 19:00-a təyin edilib.
Qeyd olunur ki, ən mürəkkəb vəziyyət Kalininqrad, Soçi, Antalya və Şimali Qafqaz şəhərləri istiqamətində müşahidə olunur. Onlayn tablolardakı məlumatlara əsasən, gecikmələr həm daxili, həm də beynəlxalq reyslərə təsir edib.
sosial xəbərlər dron hücumları təyyarə reysləri Rusiya Azərbaycan AZALMənbə: lent.az