IMG-LOGO

Daha bir hücumçu ərəb klubuna keçdi - Transfer MƏBLƏĞİ

28 Aug 2026 19:55 3 baxış
IMG
2 0

“Aston Villa”nın hücumçusu Olli Uotkins “Əl-Hilal”ın futbolçusu olacaq.

Lent.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu transferin bütün detallarını razılaşdırıb və 30 yaşlı futbolçu üçün 58,4 milyon avro ödəyəcək. “Aston Villa” əlavə olaraq bonuslar şəklində daha 2 milyon avro əldə edə bilər.

2025/26 mövsümündə Uotkins 55 oyunda 21 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Transfermarkt” onun bazar dəyərini 25 milyon avro qiymətləndirir. Hücumçunun “Aston Villa” ilə qüvvədə olan müqaviləsi 30 iyun 2028-ci ildə başa çatır.

“Əl-Hilal” 2026/27 mövsümünə iki qələbə ilə başlayıb. Komanda “Əl-Feysali”ni 4:2, “Əl-Feyha”nı isə 3:0 hesabı ilə məğlub edib. “Əl-Hilal” hazırda Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

İdman xəbərləri futbol ərəb klubları hücumçu transfer

Mənbə: lent.az

Xəbər lenti