IMG-LOGO

Məcnun Məmmədov Siyəzəndə vətəndaşları qəbul edəcək

22 Jan 2024 10:14 81 baxış
IMG

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov yanvarın 26-da, saat 09:00-da Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (050-437-72-17 və 077-299-31-59) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Bizim WhatsApp kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti