IMG-LOGO

Ferma südünün TƏHLÜKƏSİ

22.01.2024 02:46 126 baxış
IMG

Süd bəzi hallarda sağlamlığa zərər verə bilər. 

Lent.az “Rosbalt”a istinadən xəbər verir ki, bu barədə həkim İqor Alentov xəbərdarlıq edib.

Həkim insanları çoxlarının zavod südündən daha sağlam olduğuna inandığı fermer təsərrüfatı südü ilə xüsusilə diqqətli olmağa çağırıb. “Təsərrüfat südü yoluxma baxımından daha təhlükəlidir. Təsərrüfat şəraitində məhsulun emalı texnologiyası ardıcıl olmaya bilər”, - deyə həkim qeyd edib.

O əlavə edib ki, inəyi gənə dişləyəndə gənə ensefaliti və ya borrelioz xəstəliyinə tutulma şansı da var. Heyvanda mastit - yelin iltihabı varsa, belə süddə xəstə floranın olma ehtimalı da var.   

Xəbər lenti