IMG-LOGO

Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 23-25 metrədək güclənib

21 Jan 2024 20:33 145 baxış
IMG

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 21-i saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur. Hazırda küləyin sürəti saniyədə 23-25 metrədək güclənib.

"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb.

G.Məmmədovanın sözlərinə görə, küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti