IMG-LOGO

Angela Merkelə bənzəyən çılpaq qadının nəhəng heykəli qoyuldu

21 Jan 2024 18:42 93 baxış
IMG

Hamburqda Almaniyanın keçmiş kansleri Angela Merkelə oxşayan nəhəng çılpaq qadın heykəli qoyulub.

Meqa-Merkel "Taliya-teatrı"nın yanındakı "taxtda" oturur.

 “Burada hamı sadəcə olaraq bu fiquru Merkel adlandırır. Başqa kim ola bilər?” – Lent.az xarici mediaya istinadən xəbər verir ki, yoldan keçən biri gülərək deyib.

KİV-in sorğuları nəticəsində aşağıdakılar üzə çıxıb: heykəlin gövdəsi bir vaxtlar Qeor Byuhnerin "Dantonun ölümü" dramının dekorasiyasının bir hissəsi idi. Amma başsız”.

Bu dekorasiya sonradan teatrın da yerləşdiyi bina kompleksinin sahibinə satılıb. O, yəqin ki, Merkelin başını qoyub. Lakin onun hansı məqsədlə bunu etdiyini öyrənə bilməyiblər.

 

Mənbə: lent.az

Xəbər lenti