IMG-LOGO

Məşhur boksçu bir il araq içməsə, mənzil hədiyyə ediləcək

21 Jan 2024 14:54 184 baxış
IMG

Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlev rusiyalı qarışıq döyüş növləri (MMA) döyüşçüsü Aleksandr  Yemelyanenko ilə mərc edib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Kremlev Yemelyanenkoya bir ili spirtli içkisiz və idman rejimində keçirərsə, ona mənzil verəcəyini vəd edib. “Kim Yemelyanenkonu sərxoş tutsa yazsın!” - o əlavə edib.

Bundan əvvəl Yemelyanenko alkoqolizmin müalicəsindən danışıb. “Xəstəxanalara getdim, məni VİP palatalarla təmin etdilər, prosedurlar yazdılar. Sonra çölə çıxdım və düşündüm: heç kim bilməyəcək, mən pivə alacam. Və yenə də hər şey eyni şeydən başladı”, - deyən Yemelyanenko bu həyat tərzini bəyəndiyini bildirib.

42 yaşlı Yemelyanenko MMA üzrə 40 döyüş keçirib, bu döyüşlərdə 29 qələbə qazanıb, 10 məğlubiyyət alıb. Onun iştirakı ilə daha bir döyüş heç-heçə başa çatıb.  

Mənbə: lent.az

Xəbər lenti