IMG-LOGO

Azərbaycandan Rusiyaya qaçan pakistanlılar saxlanıldı

18 Jan 2024 14:39 206 baxış
IMG

Azərbaycan-Rusiya sərhədini pozanlar saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə. hadisə yanvarın 17-də saat 2 radələrində “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşları 26 yaşlı Vali Nur Xan və 23 yaşlı Vahab Abdul Tauzil saxlanılıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Mənbə: lent.az

Xəbər lenti