IMG-LOGO

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 32 %-dən çox artıb

25 Dec 2025 16:27 5 baxış
IMG

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 773,896 milyon manat sığorta haqqı toplanılıb.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,1 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 32,2 % artaraq 595,689 milyon manata çatıb.

Beləliklə, 11 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 77 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 67,6 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 365,354 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 844,833 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,7 % çoxdur.

11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,8 manat olub.

Xəbər lenti