IMG-LOGO

Ramin Məmmədov: Dini biliklərin düzgün mənimsənilməsində qadınların fəallığı çox əhəmiyyətlidir

24 Nov 2026 10:23 4 baxış
IMG

Dini biliklərin düzgün mənimsənilməsi və xurafatla sağlam dini düşüncənin fərqləndirilməsində qadınların fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir.

"Report"un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransın açılış nitqində deyib.

Komitə sədri ailədə uşaqların dünyagörüşünün formalaşmasında qadınların rolu əvəzsiz olduğunu vurğulayıb:

"Bunu nəzərə alaraq, bu istiqamətdə maarifləndirmə işlərinin daha geniş ictimai nəticələr doğurduğunu aydın görmək olar. Bu sahədə fəaliyyətimizin əsas istiqamətlərindən biri qadınların sağlam və akademik əsaslara söykənən dini təhsil alma imkanlarının genişləndirilməsidir".

R.Məmmədov bildirib ki, tələbələrin dini məsələlərə elmi yanaşmalarının, müxtəlif dini-fəlsəfi baxışları analiz etmək bacarıqlarının formalaşması gələcəkdə dini maarifçiliyin intellektual səviyyəsinin yüksəldilməsi baxımından əhəmiyyətlidir. O, bu xüsusda İlahiyyat İnstitutunun fəaliyyətini nümunə göstərib.

Mənbə: report.az

Xəbər lenti